“Yahşi cazibe” serialı ilə tanınan, hazırda isə “Ufak tefek cinayetler”də rol alan aktrisa Aslıhan Gürbüz İnstaqram izləyicisinə əsəbiləşib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkədə şəklini paylaşan aktrisaya istifadəçilərdən biri “Sənin bu çəkilərinin axırı nə olacaq? Təcili çarə tap” yazıb.

Kiloları ilə lağ edilməsi Aslıhanı özündən çıxarıb. O, izləyiciyə “Əzizim, sənin başqa bir qadının bədənini dərd etməyinin axırı nə olacaq? Təcili özünə başqa dərdlər tap” cavabını verib.





                 

Digər Xəbərlər