Aktrisa anası ilə belə vidalaşdı - foto

Aktrisa anası ilə belə vidalaşdı - foto
6138 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Fulya Zenginerin anası Gönül Zenginer dəfn olunub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün müalicə olunduğu xəstəxanada ağciyər xərçəngindən dünyasını dəyişən anası ailə qəbiristanlığında torpağa tapşırılıb. Fulya sosial şəbəkədə anası və 18 il əvvəl dünyasını dəyişmiş atasının birgə fotosunu paylaşaraq yazıb:
 
“Əmanətini atama təslim etdik. 18 illik həsrət bitdi. Artıq xəstə olmayacaq, ağrı çəkməyəcək. Buradan daha gözəl yerə getdi. O gözəl ruhunu artıq daşıya bilməyən bədənindən sıyırdı. Yenidən qovuşanadək əlvida, anam…”.