"Sen anlat Karadeniz"ə sürpriz aktrisa daxil oldu - fotolar

"Sen anlat Karadeniz"ə sürpriz aktrisa daxil oldu - fotolar
8176 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir reytinq siyahısında birinci olan "Sen anlat Karadeniz" serialına yeni aktrisa daxil olacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu, İlayda Çevikdir.

O, ekran işində rol aldığı üçün məmnun olduğunu bildirib:

""Sen Anlat Karadeniz"də mükəmməl bir komanda ilə işləmək şansım olacaq. Osman Sınav kimi professional rejissorla eyni layihədə yer almaq qürurvericidir. Çəkilişlərimiz Karadenizdə davam edir".

Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.

Rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.