"Evlənmək istəmirəm" deməsi sevgilisini çox əsəbiləşdirdi

"Evlənmək istəmirəm" deməsi sevgilisini çox əsəbiləşdirdi
3421 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gökhan Keserlə 3 ildir eşq yaşayan aktrisa Ruveyda Öksüz arasında mübahisə yaranıb. 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ruveyda Gökhana münasibətlərinin uzandığını və ailə qurmaq istədiyini bildirib.

Cavabında isə "Çox gəncəm. Kariyerimi düşünürəm. Yaxın vaxtlarda evlənmək kimi bir planım yoxdur. Belə davam edək" sözlərini eşidən Öksüz qəzəblənib.

Cütlyün bundan sonra ayrılıb-ayrılmayacağı hələ ki, bilinmir.

Qeyd edək ki, 2013-cü ildə "Miss Türkiyə" seçilən Ruveyda ilə Gökhan 2016-cı ildə "Sen benimsin" adlı serialda yer almışdı. İkili ondan sonra eşq yaşamaya başlamışdı.