Sıla Ahmeti onunla əvəzlədi - fotolar

Sıla Ahmeti onunla əvəzlədi - fotolar
2547 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl aktyor Ahmet Kuraldan ayrılan müğənni Sılanın yeni münasibətə başladığı bildirilir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı aktrisa Dilan Çiçek Denizin keçmiş sevgilisi Okan Can Yantırla birlikdədir.

Eşqlərini gizli saxlayan cütlüyün 3 həftədir dostlarının evində görüşdüyü bildirilir.

Xatırladaq ki, Ahmetlə Sılanın ayrılığına da müğənninin Okanla görüşməsi olub. belə ki, Sılanın Yantırla şam yeməyinə çıxması Ahmeti dəli edib. İfaçı ilə dava edən aktyor mübahisə sırasında ona sillə vurub. Bu sillə Sılanın Kuraldan ayrılmasına səbəb olub. Şiddətə heç vaxt dözə bilməyəcəyini deyən müğənni onu tərk edib.