Ərə gedən kimi o da soyadını dəyişdi

Ərə gedən kimi o da soyadını dəyişdi
2734 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün müğənni-aktyor Özcan Dənizlə nikah masasına əyləşən Feyza Aktan vaxt itirmədən soyadını dəyişib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 45 yaşlı sənətçinin özündən 20 yaş kiçik xanımı soyadını dəyişərək “Feyza Dəniz” olub.

“Aktan” soyadından tamamilə imtina edən Feyza sosial şəbəkədə sadəcə Özcanın ailə üzvlərini izləyir. Qeyd edək ki, Özcanla Feyzanın mayda oğlu dünyaya gələcək.