"Çeburaşka"nın premyerası oldu - fotolar

"Çeburaşka"nın premyerası oldu - fotolar
1594 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc Tamaşaçılar Teatrında Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premeyrası keçirilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, səhnə əsəri məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində təqdim edildiyindən premyeranı izləyənlər arasında məktəblilər də olub.

Çeburaşka bütün uşaqların sevimli personajıdır. Onun ən yaxın dostu Genanın səhnədə peyda olması ilə başlanan əhvalatı uşaqlar böyük maraqla izləyiblər.

Səhnə əsərini izləyən balaca dostlar mehriban, hər kəsə kömək etməyə hazır olan Çeburaşkanı çox sevirlər.

Bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.

Rolları Səbinə Məmmədova (Çeburaşka), Ceyhun Məmmədov( Gena), Zülfiyyə Alhüseynovab (Şapoklyak), Xaliq Bəkirov (Kolya), əməkdar artist Almaz Mustafayeva (Mariya Frantsovna), Ədalət Əbdülsəməd ( polis) və başqaları ifa edirlər.