Aktrisa Serenay Sarıkaya rol aldığı “Fi-Çi” serialı bitəndən sonra istirahətə gedib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikaya gedən aktrisanı sevgilisi Kerem Bursin də tək qoymayıb. Cütlük maşınla ABD gəzintisinə çıxıb.

Arizona ştatına gedən Kerem və Serenay Böyük Kanyonu, daha sonra isə Beynəlxalq parkı gəzib. Buraları yerdən görməkdən doymayan cütlük vertolyot kirayə götürüb. Onlar saatı 1500 lirə (təxminən 700 manat) olan vertolyotla ərazini səmadan izləyiblər.

Kerem və Sarıkaya daha sonra Meksika, Vyetnam və Kambocaya getməyi planlaşdırır.





                   

Digər Xəbərlər