"Kanal D"də maqazin proqramına aparıcılıq edən Asena Atalay verilişdən ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun yerinə layihəyə Çağla Şikel gəlib. Bundan sonra "Magazin D"ni həftəsonları çağla aparacaq.

Rejissor Timuçin Güner Asena ilə bağlı açıqlama verib. O, "2 ildir "Kanal D"də, 4 il əvvəl isə Asena Atalay "Show TV"də maqazin verilişi aparmağa başladı. Onu bu işə inandırmaq 1 ayımı aldı. Asena indi 26 yaşındadır, çox gözəl bir qəlbi var. Ona görə də hər şeydən əvvəl dost olduq. 200 bölüm canlı yayım hər kəsə nəsib olmaz. Nə kaprizi var, nə də yekəxanalığı. Başqa işlər etmək istədi və getdi. Ailəmizin kiçik qızı, səni çox sevirik" sözlərini deyib.



                   

Digər Xəbərlər