Xalq artistləri Nazpəri Dostəliyev və Samir Cəfərov duet oxuyub.

Axşam.az-ın məlumatına görə, onlar mərhum bəstəkar Tahir Əkbərin "Əzizim" mahnısını birlikdə səsləndiriblər.

N.Dostəliyeva bildirib ki, mahnını oxumağı T.Əkbər özü ölümündən əvvəl onlardan xahiş edib:

"Xəstəykən demişdi ki, bunu sizdən klassik üslubda istəyirəm. Girdik studiyaya hazırladıq. Heyifsləndim ki, eşitmədi. Aranjimanı etdirdik, eşitdi. Amma ifanı yox".

Qeyd edək ki, mahnını xalq artisti Nisə Qasımova, müğənnilər Tacir Şahmalıoğlu, Fədayə Laçın oxuyub.



                   

Digər Xəbərlər