Dünya ulduzu Beyons pərəstişkarlarını təəccübləndirməyə davam edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı müğənni əri Cey Zi ilə birlikdə Yamaykaya gedib. Beyonsun səfərinin məqsədi videoçarx çəkməkdir. 

Görüntülər Beyons və Cey Zinin "On the Run II" adlı konsert turunun tanıtımında istifadə olunacaq.

Çəkiliş üçün cütlük dünyanın ən kasıb rayonunu seçib. Müğənnilər motosikletlə Trenç-Taundan Kinqstona gedən yolda paparassilərin obyektivinə tuş gəliblər.





                 

Digər Xəbərlər