Bengü "Geçmiş olsun" mahnəsəna klip çəkdirib və ekran işində saçlarını yuxarıdan yığıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənnini bu obrazda Cennifer Lopezə oxşatdılar.

Bengünün fotosu Cennifer Lopezin şəkli ilə birləşdirilib sosial şəbəkədə "Bengü, yoxsa Cennifer Lopes?" şərhi ilə paylaşılıb. Bu isə səs-küyə səbəb olub. Bir izləyicisinin şəklin altına təhqir yazması isə Bengünü özündən çıxarıb.

Müğənni izləyiciyə "Saçımın yaraşıb-yaraşmadığını məhkəmədə izah edərsən. Hər şeyi qeydə aldıq" sözlərini deyib.





                 

Digər Xəbərlər