"Onu çəkən kimi tapşırıq gəlir..." - Afaq Gəncəli

"Onu çəkən kimi tapşırıq gəlir..." -  Afaq Gəncəli
9689 dəfə oxunub
  • A-
  • A
  • A+
"Uzun müddətdir mən müğənnilərlə çalışıram. Amma heç biriylə dostluq etmirəm. Etsəm, çalışa bilmərəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Afaq Gəncəli "ATV kulis" proqramında deyib.

Aparıcı müğənnilər haqda açıqlama verib:

"Müğənnilərimizdə böyük komplekst var. Deyirlər, biz gəlirik, hər şeyi edəcəyik. Amma işin astarına gələndə "Onu verməyin, burdan çəkməyin". Nəsə çəkəndə tapşırıqlar gəlir, zənglər dayanmır. Biz necə dünya şou-biznesinə çıxaq? Mikrofonu görən kimi başlayırlar "yox-yox" deməyə. Birinci özlərində onu püxtələşdirsin, sonra dünya şou-biznesi haqda düşünsünlər.

Müğənnilər deyir ki, bizə efir lazım deyil. Qayıdırlar ki, İnstaqram var, foto qoyuruq, hər yer yazır. Bizim məşhurları gözdən salan sosial şəbəkə oldu.

Mənə elə gəlir ki, axır vaxtlar məni sevmirlər. Elə olur ki, deyirəm, axı bu mənim üzümə gülürdü, necə oldu?".