Temperatur düşəcək, yağış yağacaq

Temperatur düşəcək, yağış yağacaq
2075 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz  12-17° isti, Bakıda  gecə 3-5° isti, gündüz  14-16° isti  təşkil edəcək. Atmosfer  təzyiqi  761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-60 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi  qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 2-7° isti,  gündüz  10-15° isti təşkil edəcək.
 
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Martın 24-ü axşam, 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.