"Ərinə yaraşmırsan" deyənləri cavabı ilə susdurdu - fotolar

"Ərinə yaraşmırsan" deyənləri cavabı ilə susdurdu - fotolar
5694 dəfə oxunub
  • A-
  • A
  • A+
29 yaşlı Jenna Kaçer adlı bloqqer izləyicisinə verdiyi cavabla gündəmə çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 11 ildir fitnes müəllimi Dryu ilə evli olan Jenna əri ilə çəkilmiş şəkillərini tez-tez sosial mediada paylaşır.

Zamanla kök olduğu üçün tənqid olunan və ərinə yaraşdırılmayan Kaçer bu kimi şərhlərə fikir vermədiyini söyləyib.

Lakin bir gün izləyicilərdən birinin "Dryu kimi kişinin səninlə olduğuna inana bilmirəm" deməsi bloqqeri çox əsəbiləşdirib.

O, izləyicisinin şərhinə yoldaşı ilə çəkilmiş bir şəklini paylaşıb və belə cavab yazıb:

"Mən də əvvəllər ona yaraşmadığımı düşünürdüm. Özümü zəif hiss edirdim. Amma bu 11 ildə Dryu məni olduğum kimi qəbul etdi və sevdi. Onun sayəsində özügüvənim artdı. Əgər siz də "Həqiqi sevgi bədən ölçüsü tanımır" deyə düşünürsünüzsə, fotoya "like" qoyun".

Jennanın şəkli qısa zaman ərzində minlərlə bəyənmə toplayıb.