Azərbaycanlı aktyor Van Dammla eyni filmə çəkiləcək

Azərbaycanlı aktyor Van Dammla eyni filmə çəkiləcək
2598 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor və kaskadyor Murad Abdullayev dünya ulduzu Jan Klod Van Dammla bir araya gələcək.
 
Axşam.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə aktyor özü məlumat verib. O bildirib ki, arzusu onun kimi aktyor olmaq olub:

"Mən sənətə aktyor Van Dammı görəndən sonra həvəslənmişəm. Həmişə də arzum onun kimi aktyor olmaq olub. İnşallah yay ayında Amerika, Hindistan və Gürcüstan film proyektində çəkiləcəyəm. Bu filmlərdən birində tərəf müqabilim Van Damm olacaq. Necə deyərlər, niyyətin hara, mənzilin ora. İnşallah çoxdandır arzuladığım istəyimə çataram".