100 yaşlı qadının bu hərəkəti hamını təəccübləndirdi - fotolar

100 yaşlı qadının bu hərəkəti hamını təəccübləndirdi - fotolar
2001 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Sakarya əyalətində yaşayan Asiya Çetin adlı qadının verdiyi qərar hər kəsi təəccübləndirib.

Axşam.az “Milliyet”ə istinadən xəbər verir ki, 100 yaşlı qadın prezident Rəcəb Tayyip Ərdoğanın əyalətdə təşkil etdiyi oxuma-yazma kurslarına qatılıb.

Qadın “Oxuyub-yazmağı çox istəyirəm. Bu günə qədər bunu etməyə imkanım olmadı.
İndi isə gözlərim mənə mane olur” deyə onda bu həvəsin haradan yarandığını soruşanlara deyib.