Elgizlə Gülüstan Əliyeva arasında qalmaqal: "Özünü yığışdır"

Elgizlə Gülüstan Əliyeva arasında qalmaqal: "Özünü yığışdır"
7835 dəfə oxunub
  • A-
  • A
  • A+

Elgiz Əkbərin əməkdar artist Gülüstan Əliyeva haqqında efirdən səsləndirdiyi sözlər qarşı tərəfi özündən çıxardıb.

Axşam.az Yenicag.az-a istinadən xəbər verir ki, G.Əliyeva Elgizin "Səhər-səhər" verilişində onun haqda dediklərinin yalan olduğunu bildirib:

"Deyəsən Elgiz daha bilmir ki, verilişinin reytinqi üçün hansı nağılları uydurub danışsın. O bu günlərdə gənc müğənnini qızışdırıb, mənim adımı hallandırmaqla da şou yaratmışdı. Cavabları çox ağır oldu. Bu ona dərs olmadı, yenə təzə nəsə uydurub adımı hallandırır. Deyəsən, məni yaxşı tanımır, ya da kimlərləsə dəyişik salır.

Elgiz, sən telekanalın küncündə oturub, verilişini reklam etmək üçün camaatı aldadıb, adımdan danışanda, mən burda – Kanadada Azərbaycan musiqisini təbliğ edirəm. Ayıb olsun sənə. Özünü yığışdır, yoxsa istəyirsən sənə ağır cavab verim? Get verilişinə reytinq yığmaq üçün başqa adamlardan istifadə et”.

Qeyd edək ki, aparıcı verilişində Gülüstan Əliyeva ilə küsülü olduğunu bildirmişdi. O vurğulamışdı ki, illər öncə prodüseri müğənnini verilişinə dəvət edərkən, o, Elgizi tanımadığını deyib. Elgiz də ondan heyf çıxmaq üçün verilişində Gülüstan Əliyevanı tanımadığını söyləyib.