Gecə klubunda 2 milyonluq nişan üzüyünü itirdi

Gecə klubunda 2 milyonluq nişan üzüyünü itirdi
1765 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hilton” otellər şəbəkəsinin varisi, müğənni-dicey Peris Hilton nişanlısı Kris Zilka ilə birlikdə Mayamidə gecə klublarının birində əylənib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu əyləncə cütlük üçün heç də xoş sonluqla nəticələnməyib. Belə ki, 37 yaşlı varis 2 milyon dollarlıq nişan üzüyünü itirib. Dərhal mühafizəni ayağa qaldıran Hilton gecə klubunda hər kəsi masasından qaldıraraq stolları bir-bir axtarıb.
 
20 karatlıq brilyant üzük qonşu masada buz vedrəsinin içindən tapılıb. Sevincindən ağlayan Peris üzüyü barmağına taxaraq əyləncəsinə davam edib. Xatırladaq ki, 32 yaşlı Kris Zilka ilə 37 yaşlı Peris Hilton bu ilin yanvarında nişanlanıb. Cütlüyün toy tarixi bəlli deyil.