“Təsviri sənət həftəsi”nə start verilib

“Təsviri sənət həftəsi”nə start verilib
914 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda “Təsviri sənət həftəsi” layihəsi çərçivəsində “Soltan Məhəmməd” mükafatı uğrunda rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan sərgidə 50-dək sənətçinin əsərləri nümayiş olunur.

Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Sənət əsərlərinin məna və məzmununa görə mükəmməliyindən bəhs edən F.Xəlilov bildirib ki, sərginin ekspozisiyasında nümayiş olunan əsərlər rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlardadır.

Bildirilib ki, hər il ənənəvi olaraq təşkil olunan sərgiyə təqdim edilən 100-dək sənət əsərində incəsənətin bütün janrlarını görmək yüksək təəssürat yaradır. Habelə, ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır. Müsabiqəyə qatılmış hər bir iştirakçıya minnətdarlığını bildirən F.Xəlilov onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıb. Qeyd edək ki, martın 28-dək davam edəcək “Təsviri sənət həftəsi” çərçivəsində paytaxtın bir sıra aparıcı sərgi salonlarında müxtəlif sərgilərin açılışı nəzərdə tutulur.