"Bir, iki - bizimki" tamaşasının premyerası olacaq

"Bir, iki - bizimki" tamaşasının premyerası olacaq
642 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 27-də, saat 19:00-da Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək.

Bu barədə Axşam.az-a teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

O bildirib ki, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur. Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.