Aygün daha bir klipini təqdim etdi

Aygün daha bir klipini təqdim etdi
1076 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Gülağa Tənha, musiqisi İsmayıl Əsədova aiddir. 

Bəstə A.Kazımovaya hədiyyə edilib. Bəstəkar 11 ildir ki, bu mahnını Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib.

Klipdə A.Kazımova teatrallaşdırılmış rəqs nümayiş etdirib. Ekran işində sənətçinin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer Rüfət İsmayıldır.

Klipin rejissoru Teymur Nəcəfzadədir. Müğənninin imici üzərində Ruxa, Telman Heybətov və Rüfət İsmayıl çalışıb.