Azərbaycanda ilk dəfə “Rock Hits Show” olacaq

Azərbaycanda ilk dəfə “Rock Hits Show” olacaq
1007 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə “Rock Hits Show” konserti keçiriləcək.

Axşam.az-ın məlumatına görə, konsertdə məşhur rus dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi ilə “İP Orchestra”nın təqdimatında dünyaca məşhur rok hitlər səsləndiriləcək.

Tədbirdə “The Beatles”, “Deep Purple”, “The Doors”, “Scorpions”, “Pink Floyd”, “Michael Jackson” “The Rolling Stones”, “Nirvana”, AC/DC, “Radiohead”, “The Eagles”, “Bon Jovi”, “Metallica”, “Black Sabbath”, “Depeche Mode”, “Europe”, “Muse”, “Uriah”, “Led Zeppelin”, “Queen” kimi əfsanəvi qrupların və ifaçıların mahnıları, həmçinin “Victor Tsoy”, DDT, Leninqrad kimi məşhur rus qruplarının mahnıları da tamaşaçılara təqdim olunacaq.