Arif Babayevin 80 illik yubileyi qeyd olunub

Arif Babayevin 80 illik yubileyi qeyd olunub
1405 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncədə Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib.

Axşam.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yubiley gecəsində görkəmli xanəndənin zəngin yaradıcılığına nəzər salınıb, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğindəki böyük rolundan danışılıb.

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 80 illik yubileyi münasibətilə Xalq Artisti Arif Babayevi təbrik edib, muğamın ölkədə və onun hüdudlarından kənarda tanıdılmasında, eləcə də milli musiqi sənətimizin inkişafındakı əvəzsiz roluna görə yubilyara təşəkkürünü bildirib. Elmar Vəliyev yubilyara ən xoş arzularını çatdırıb və ona rayon icra hakimiyyətinin fəxri fərmanını təqdim edib.

Səmimi və xoş münasibət üçün gəncəlilərə minnətdarlığını bildirən Arif Babayev yaxın vaxtlarda Nizami yurdunda konsert proqramı ilə çıxış edəcəyini deyib.

Sonra respublikanın Xalq artistləri Gülyanaq Məmmədova, Mənsum İbrahimov, Şahnaz Haşımova, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Babək Niftəliyev, Gülüstan Əliyeva və Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalovanın ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirilib.