Azərbaycanlı musiqiçilər Qətərdə festivala qatılacaqlar

Azərbaycanlı musiqiçilər Qətərdə festivala qatılacaqlar
593 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı musiqiçilər aprelin 5-8-də Qətərdə keçiriləcək ikinci illik Ud Festivalında iştirak edəcəklər.

Axşam.az-ın məlumatına görə, bu barədə "Report" "Gulf-Times"a istinadən xəbər verir. Festivala bir sıra ölkələrdən 80-dən çox musiqiçi, o cümlədən 6 qrup və 18 solo ifaçı qatılacaq. Belə ki, tədbirdə Küveyt, İspaniya, Türkiyə, Azərbaycan, İran, İndoneziya, Malayziya, İraq, Yaponiya, Yunanıstan, Oman, Mərakeş, Suriya və Tunis təmsil olunacaq.

Festival mədəniyyət, fəlsəfə və musiqinin inkişafına mühüm töhfələr vermiş məşhur İslam filosofu Əbu Nəsr əl-Fərabiyə ("İkinci Müəllim") həsr ediləcək.

Festivalın aprelin 5-də keçiriləcək açılış mərasimində Əl-Fərabi haqqında film nümayiş olunacaq.