Özbək müğənnidən azərbaycanlı rejissora qadağa: "Əli mənə dəyməsin"

Özbək müğənnidən azərbaycanlı rejissora qadağa:  "Əli mənə dəyməsin"
4714 dəfə oxunub
  • A-
  • A
  • A+

Özbəkistanın məşhur müğənnisi Manzura Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçinin səfərinin məqsədi yaradıclığı ilə bağlı olub. Belə ki, Manzura meyxanaçı Tərlan Novxanılının yazdığı mahnını səsləndirib. Bəstəni müəllifin özü ilə duet oxuyan ifaçı ona klip də çəkdirib.

Tərlan bildirib ki, duet təklifi Manzuradan gəlib. “Özbəkistanda konsertə bir araya gəldik. Həmin vaxt mənə işbirliyi təklif etdi. Şərtim isə o oldu ki, klip Bakıda çəkilsin. O da razılaşdı” deyə, meyxanaçı əlavə edib.

Sənətçi bildirib ki, bu, özbək müğənnisi ilə ikinci işbirliyidir. Bundan əvvəl o, Özbəkistanın əməkdar artisti Ulukbek Rahmatullayevlə duet səsləndirib.

Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib.

Çəkiliş zamanı Manzura rejissorla şərt kəsib. “Klipdə Tərlanın əli mənə dəyməyəcək. Heç bir səmimi görüntülər olmayacaq” deyə, özbək müğənni söyləyib.