Kann Festivalı iranlı rejissorun filmi ilə açılacaq

Kann Festivalı iranlı rejissorun filmi ilə açılacaq
823 dəfə oxunub
  • A-
  • A
  • A+
71-ci Kann Film Festivalının Təşkilat Komitəsi açılış filmini təsdiqləyib.

Axşam.az "Report"a istinadən istinadən xəbər verir ki, Festival mayın 8-də İran rejissoru Əsgər Fərhadinin "Hamı bilir" trilleri ilə açılacaq.

Filmdə Penelopa Krus və Xoakin Feniks çəkilib. Süjetin əsasını Argentina paytaxtı Buenos Ayresdən İspaniyanın bir kəndinə gələn ər-arvadın hekayəsi təşkil edir. Gözəl ailə həyatı bir sıra gözlənilməz və xoşagəlməz hadisələrlə müşayiət olunur.

Qeyd edək ki, Ə.Fərhadinin əvvəlki filmi - "Satıcı" ("The Salesman") 2016-cı ildə Kann Film Festivalında nümayiş etdirilib və ən yaxşı ssenari üzrə mükafat qazanıb.

Əlavə edək ki, Beynəlxalq Film Festivalı mayın 8-dən 19-dək Kannda keçiriləcək. "Xüsusi baxış" bölümünün münsiflər heyətinə aktyor və rejissor Benisio Del Toro rəhbərlik edəcək.