Günayı onluqdan çıxardı, Rəqsanəni tanımadı - video

Günayı onluqdan çıxardı, Rəqsanəni tanımadı -  video
2399 dəfə oxunub
  • A-
  • A
  • A+

“ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının növbəti qonağı müğənni Dilarə Kazımova olub.

Axşam.az xəbər verir ki, sənətçi 10 ifaçını mahnılarına görə sıralara düzüb.

Dilarə onuncu yerə Əhməd Mustafayevi layiq görüb və doqquzuncu Xatun Əliyevanı edib. Sənətçi Xatunun ifasının zövqündə olmadığını söyləyib.

D.Kazımova Xatunun onun açıq-saçıq şəkillərinə söz atmasına cavab verib. O bildirib ki, daha da açıq şəkillər təqdim edəcək.

Səidə Sultanı səkkizinci edən Kazımova onu bəyəndiyini bildirib. Yeddinci yerə Nadir Qafarzadəni layiq görən sənətçi retro ifaları xoşladığını söyləyib:

“Onunla toyda çox bir araya gəlmişik. Altıncı yerdə Natavan Həbibi olsun. İstedadlı xanımdır, ifası da xoşuma gəldi. Beşinci Azad Şabanov olsun. Son vaxtlar romantik mahnılar oxuyur”.

Dördüncü pilləyə Rəhim Rəhimlini qoyan Dilarə onun ünvanına təriflər yağdırıb. Dilarə Rəhimdən onun üçün mahnı yazmasını istəyib.

Dilarənin üçüncü pillədəki seçimi Miri Yusif olub. Kazımova ikinci yerdə əməkdar artist Tünzalə Ağayevanı qoyub və ondan tez-tez məsləhət aldığını deyib.

Sənətçi birinci pilləyə xalq artisti Aygün Kazımovanı layiq görüb:

“Onun mahnıları ilə böyümüşəm. Aygün xanımın adı gələndə ilklər ağlıma gəlir ancaq”.

Dilarə Rəqsanənin adını unudub və onu tanımayıb:

“Hardasan” mahnısının ikinci ifaçısı kimdir? Mənə daha yaxın Aygün Kazımovanın ifasıdır”.

Dilarə onluqdan Günay İbrahimlini uzaqlaşdırıb və onun ifasını bəyənməyib:

"İstəyərdim ki, günay səsini göstərsin. Onun mahnısı köhnədir".