Eldəniz Zeynalov haqda film çəkilib

Eldəniz Zeynalov haqda film çəkilib
960 dəfə oxunub
  • A-
  • A
  • A+
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bizə xatirələr qalacaq” sənədli televiziya filminin istehsalını başa çatdırıb.

QSC-nin mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, filmdə görkəmli aktyor, Xalq Artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, “Mozalan” kinojurnalından kadrlar yer alıb.

Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissoru Elvin Vəlimətov, operatoru Elşən Bədəlovdur.