Əməkdar artist tez-tez falçı yanına getdiyini etiraf etdi

Əməkdar artist tez-tez falçı yanına getdiyini etiraf etdi
1365 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Naibə Allahverdiyeva “APA TV”-nin “Show time” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aktrisa tez-tez falçılara getdiyini etiraf edib:

“Türkiyəyə gedirdim. Amma əvvəl ekstrasenslərdən birinə müraciət etdim, ondan məsləhət aldım. Dedim ki, Türkiyədə bir iş qurmaq istəyirəm. Sizcə bu iş uğurlu olacaq? O da mənə söylədi ki, çalışın müqavilə imzalayın. Həqiqətən də hər şey onun dediyi kimi çıxdı. Mənə qarşı yalançı çıxdılar. Yəni ekstrasensin dedikləri mənim üçün düz oldu. Bir də mənə kartla fala baxdırmaq maraqlıdır”.