7 tamaşa nümayiş ediləcək

7 tamaşa nümayiş ediləcək
901 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir.

Axşam.az xəbər verir ki, teatrın reperatuarı həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprelin 13-də saat 19:00-da teatrın kiçik səhnəsində P.Zyuskindin “Kontrabas” tamaşası nümayiş olunacaq.

Aprelin 14-ü teatrın kolletivi H.Cavidin “Şeyx Sənan”, 15-i M.Füzulinin “Leyli və Məcnun”  tamaşaları ilə qonaqların və şəhər sakinlərimizin görüşünə gələcək. 16-da isə ADGTT-nın səhnəsində Sumqayıt Dövlət Dram Teatrının kollektivi N.Muradoğlunun “Zülmətdə işıq” tamaşası ilə çıxış edədək. Qeyd edilən tamaşalar saat 19:00-da nümayiş olunacaq.

Teatrın məktəblilər üçün nəzərdə tutduğu reperatuar da rəngarəngdir. Həftəsonu asudə vaxtını səmərəli təşkil etmək üçün teatr kiçik yaşlı dostlarına aprelin 14-ü saat 12:00 və 14:00-da A.Tolstoyun “Buratinonun macəraları”, 15 aprel tarixində eyni saatlarda  isə E.Uspenskinin “Çeburaşka” tamaşalarını təqdim edəcək.

Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları əməkdar artistlər Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şəfəq Əliyeva, Almaz Mustafayeva,  Kəmalə Hüseynova, aktyorlar Güşvər Şərifova, Elşən Hacıbabayev, Səbinə Məmmədova, Asya Atakişiyeva və teatrın sevilən aktyor heyəti ifa edir.