Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu

Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu
2782 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl “Güzel şeyler” adını verdiyi albomunu təqdim edib.

Axşam.az-ın məlumatına görə, Akçıl xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” mahnısını da oxuyub və diskə daxil edib. Sənətçi bəstəni iki versiyada səsləndirib.
 
Mahnının sözləri Leyli Erol İsrafilova, musiqisi isə Hakan Erola aiddir.

Qeyd edək ki, A.Kazımova ilə Sinan Akçılın 2012-ci ildə işbirliyi olub. Kazımova "İkinci sen" adlı mahnını onunla duet şəklində oxuyub.