Bu da oldu - öz-özünə ərə getdi

Bu da oldu - öz-özünə ərə getdi
1858 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayamidə yaşayan Miki Manro adlı qadın qəribə addım atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı qadın özü ilə ailə qurub.

Belə ki, əvvəllər kök olan və içki içən Miki özünə, bədəninə nifrət edib.

Daha sonra yoqa məşqlərinə başlayan və arıqlayan Manro özünü sevməyə başlayıb. Özü üçün xüsusi üzük alan Miki Mayamidə dəniz kənarında möhtəşəm toy mərasimi keçirib.

Güzgüdə özünə baxan qadın "Hə" deyərək, özünə ərə gedib. Mikinin yanında 3 rəfiqəsi də ona şahidlik edib.