Bu yerlərdə yaşayan qadınlar uzunömürlü olurlar

Bu yerlərdə yaşayan qadınlar uzunömürlü olurlar
1227 dəfə oxunub
  • A-
  • A
  • A+
“Environmental Health Perspectives”in apardığı araşdırmalara görə, yaşıllıq ətrafında yaşayan qadınlar daha uzunömürlü olurlar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetinin 2000-ci ildən apardığı araşdırmada 108 min 630 nəfər qadın iştirak edib. Evlərinə yaxın ərazidəki yaşıllığın qalınlığı ölçülərək qadınların yaşamaq müddəti diqqətə alınıb. Yaşıllıq çevrəsində yaşayan qadınlarda ölüm riski bu imkandan məhrum olanlardan 12% azdır. Həmin qadınlarda tənəffüs yolları xəstəlikləri 34%, xərçəng isə 3% azlıq təşkil edir.

Təbiət qoynunda yaşayanlar hava kirlənməsi, qızmar istilər və ətraf mühitin çirklənməsi problemlərindən uzaqdırlar. Bundan başqa, araşdırmaya səasən, yaşıllıq insanları fiziki və sosial fəallığa sövq edir ki, bu da depressiya riskini azaldır. Ağaclar arasında yaşamaq stressə yaxşı gəldiyi kimi, zehni qabiliyyəti də gücləndirir.