Əməkdar artist Sami Yusiflə eyni səhnədə - fotolar

Əməkdar artist Sami Yusiflə eyni səhnədə -  fotolar
1929 dəfə oxunub
  • A-
  • A
  • A+
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində məşhur Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusifin konserti olub.

Axşam.az xəbər verir ki, regionun ən böyük konsert salonlarından olan Əl-Məcaz amfiteatrında olan gecədə Şərq dünyasının tanınmış musiqiçiləri də yer alıblar.

5 min tamaşaçının izlədiyi konsertdə Hindistan, Suriya, Livan, İran, Türkiyə və digər ölkələrdən musiqiçilərlə yanaşı, Azərbaycandan əməkdar artist Sahib Paşazadə də iştirak edib.

Konsertlə bağlı təəssüratlarını bölüşən tarzən belə bir layihədə iştirakından, Azərbaycan tarını təmsil etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, konsertə dəvət Sami Yusifin menecerləri tərəfindən gəlib:

“Onlar məni internetdə izlədikləri ifalarımdan bəyənərək seçdiklərini bildirdilər. Çox möhtəşəm konsert proqramı üçün musiqiçilərlə birlikdə 3 günlük məşqlərdən sonra səhnəyə çıxdıq. Layihədə 27 mahnı təqdim edildi. Bütün mahnılar notla ifa edilirdi və Sami Yusifin öz bəstələri idi. Konsert bitdikdən sonra tamaşaçıların xahişi ilə “Sarı gəlin” mahnısı yenidən səsləndi. Bu çıxış zamanı bir daha mahnıdan əvvəl Azərbaycan tarında muğam parçaları ifa etdim və Sami Yusif bu ifadan sonra “Sarı gəlin”in Azərbaycana məxsusluğunu qeyd edərək mahnını səsləndirdi”.