"Tənbəl Əhməd"in hazırlığı başlandı

"Tənbəl Əhməd"in hazırlığı başlandı
697 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı növbəti yeni tamaşanın hazırlanmasına start verib.

Axşam.az xəbər verir ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunub və hazırlanması nəzərdə tutulan “Tənbəl Əhməd” adlı əsər gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Ayla Osmanova, quruluşçu rəssam Telman Şıxıyev, plastik həlli Ceyhun Dadaşova məxsusdur.

Tamaşada əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və b. iştirak edəcəklər.

Tamaşanını baxışı may ayının 31-də olacaq.