Əvvəlcə lağa qoydular - həqiqəti biləndə isə utandılar

Əvvəlcə lağa qoydular - həqiqəti biləndə isə utandılar
5569 dəfə oxunub
  • A-
  • A
  • A+
Nyu-York sakini Foebe Kannistonun övladları ilə birgə addığı addım böyük maraqla qarşılanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Foebenin 5 yaşlı üçəmi, 6 yaşlı əkizi, 10 yaşlı bir övladı var.

Bütün uşaqlarının saçı uzun olan qadını buna görə lağa da qoyublar. Uşaqları məktəbdə sinif yoldaşları, analarını isə görən hər kəs tənqid edib.

Lakin bu ailənin əslində saçlarını hansı səbəbdən uzatdığını biləndə hamı onlara heyran olub.

Belə ki, yaxın qohumları xərçəng xəstəliyindən əziyyət çəkdikdən və saçlarını keçəl etdikdən sonra ailə uzatdığı saçını kəsərək bu cür xəstələrə bağışlamaq qərarına gəlib.