Təxminən 2 ay əvvəl ana olan 20 yaşlı model Kayli Cenner paylaşımı ilə hər kəsi təəccübləndirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, model İnstaqram hesabında qızı ilə gəzintidə çəkilmiş şəklini yerləşdirib.

Maraqlısı odur ki, onun geyimini uşaq arabası ilə uyğunlaşdırması diqqət çəkib. Model “Fendi” firmasından olan araba ilə həmin markaya aid geyim geyinib.

Kaylinin şəkli qısa zaman ərzində 7 milyon “like” toplayıb və fotoya “Zənginəm, geyimimi uşaq arabası ilə də uyğunlaşdıraram” kimi şərhlər yazılıb.

Qeyd edək ki, Cennerin Stormi adlı qızı 25 yaşlı sevgilisi, reper Trevis Skottdandır. Model hamiləliyinin 9 ayını gizli saxlayıb.Dah sonra isə Cenner hesabında maraqlı paylaşım edib. O, öz doğumundan tutmuş, Travislə tanışlığı, hamiləliyinin ilk ayı, ultrasəs müayinəsi və digər həyatının maraqlı anlarını video rolik şəklində səhifəsində izləyiciləri ilə bölüşüb.





                 

Digər Xəbərlər