Ronaldo hər gün mənfi 200 dərəcəli otağa girir

Ronaldo hər gün mənfi 200 dərəcəli otağa girir
4556 dəfə oxunub
  • A-
  • A
  • A+
Yaşlanmasına baxmayaraq daim formada qalan futbolçu Kriştiano Ronaldonun sirri ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun bu cür sağlam və qüsursuz bədən quruluşuna sahib olmasına səbəb mənfi 200 dərəcəli otaq və gündə 1 saat üzməkdir.

Məlum olub ki, Ronaldo hər gün evində xüsusi hazırlatdığı açıq və qapalı hovuzda bir saat dayanmadan üzür, daha sonra isə soyuq duş qəbul edir.

Kriştianonun evində mənfi 200 dərəcəlik bir otağı var ki, orada cəmi 3 dəqidə dayanır. Bu isə qan dövranının düzgün işləməsi üçün çox faydalıdır.

Bildirilir ki, futbolçu hovuz və soyuq otaq üçün 50 min avrodan çox pul xərcləyib.