Müğənni Üzeyir Mehdizadə Türkiyədə konsert verib.

Axşam.az-ın məlumatına görə, sənətçinin tədbirində izdiham yaşanıb.

Konsertdən videolar sosial şəbəkədə paylaşılıb. Pərəstişkarları Üzeyirin səhnəyə çıxışını coşqu ilə qarşılayıblar.

Mehdizadənin ətrafındakı cangüdənlər də diqqət çəkib. Konsertdən sonra avtomobilinə tərəf gedən sənətçinin pərəstişkarları arxasınca qaçaraq kulisə daxil olublar. Onlar Üzeyirlə fotolar çəkdirməyə çalışıblar.



                   

Digər Xəbərlər