Müğənni-bəstəkar Murad Arif ünvanına sərt sözlər deyən Xatun Əliyevaya cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində həmkarından qisas alıb. O, “Hit parad” rubrikasından Xatunu uzaqlaşdırıb:

“Onun mahnısı hit, qlamur, zövqlü, maraqlı, stil deyil. Onda potensial görmürəm. Xatunun mahnısı buradan çıxmalıdır. Dediklərinə cavab istəyirlərsə, bu olsun".

Murad Xatunla aralarındakı küsülülüyə səbəb olan hadisədən danışıb:

"Çıxardıb telefonunda şəkilləri göstərir. Mənim də gözüm yaxşı görmür, ərk edib telefonu aldım və yaxından baxdım. Mənə elə reaksiya göstərdi, şok oldum. Ətrafdakıların diqqətini çəkmək istəyirdi. Ondan üzr istədim. İki ay sonra məclislərdən birində görüşdük. Amma indi gəlib nələr deyir. Bu da piarın bir formasıdır”.

Qeyd edək ki, Xatun Muradla bağlı "Onu müğənni kimi qəbul etmirəm. Bir dəfə telefonumda şəxsi şəkillərimə girib baxıb" sözlərini deyib.



                   

Digər Xəbərlər