Əməkdar artist Elza Seyidcahan Mətanət İsgəndərlidən küsüb.

Axşam.az-ın məlumatına görə, İsgəndərli bu haqda “ATV maqazin onlarla”da deyib. Elzanın küsməsinə səbəb Mətanətin qızı Ülkərin toyunda ona diqqət göstərməməsi olub.

M.İsgəndərli buna görə Elzanı qınayıb:

“Hiss edirdim ki, məclislərdə qarşılaşanda məndən uzaq gəzir. Səbəbi də demir. Əgər bir adam toyda səndən inciyirsə, deməli, çox istəmir. Qızımın toyunda elə yorğun idim ki... Tək adam ora-bura qaçırdım. Toy edənlər bunu bilirlər. Heç vaxt toya gedib, ev sahibindən incimərəm”.

Qeyd edək ki, Elza bundan əvvəl də Mətanətdən küsmüşdü. Buna səbəb isə İsgəndərlinin aylardı Seyidcahandan aldığı mahnını oxumamasıdır. Bəstəsinin oxunmadığını görən Elza onu İradə İbrahimovaya təklif edib.

Bunu eşidən Mətanət onu hədələyib:

"Elza, səni öldürərəm. Mahnını oxuyacam".



                   

Digər Xəbərlər