Məşhurların çəkildiyi klip təqdim olundu

Məşhurların çəkildiyi klip təqdim olundu
1169 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox sənət adamının yer aldığı “Zəfərə doğru” adlı mahnının ekran işi artıq yayımlanıb.

Axşam.az-ın məlumatına görə, klipin ideya müəllifi Arif Alışanov, layihənin müəllifi isə şair Cəlal Qurbanovdur.

Ekran işinin çəkilişi AzTV-yə məxsusdur. Klipin rejissoru Etibar Babayevdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin iştirakı ilə aparılan çəkiliş İçərişəhərdə baş tutub. 

“Zəfərə doğru”nu “Eurovision” təmsilçilərimiz səsləndirib. Klipdə xalq artistləri, əməkdar artistlər, müğənnilər, aparıcılar, aktyorlar, idmançılar rol alıblar.

Ekran işində eyni zamanda prezident İlham Əliyevin 88 yaşlı biologiya müəlliməsi Emma Kazımova da çəkilib.

Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.