Xalq artisti: “Bizdə yalnız toy biznesi var”

Xalq artisti: “Bizdə yalnız toy biznesi var”
649 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azərbaycanda şou-biznes mövcud deyil".

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev deyib. Onun sözlərinə görə, xarici ölkələrdə müğənnilərimizin albomları satışa çıxarılmır və bu səbəbdən onlar sərhəddən kənarda tanınmır.

Sənətkar həmçinin əlavə edib ki, hazırda səviyyəli kliplər də çəkilmir: “Yəqin ki, müəyyən çətinliklər var. Gün gələcək, bu sahədə də hansısa nəzarət olacaq. Bizdə yalnız toy biznesi var. Bu isə səhnə üçün yararsızdır”.

Çinarə