Xalq artistləri Faiq Ağayevlə Aygün Kazımova birlikdə kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, Faiq “Xəzər maqazin”də Aygünün hər gün ona mesaj yazdığını deyib. Müğənni həmkarının onu tezdən yuxudan oyatmasından şikayətlənib:

“Səhər açılanda müxtəlif dillərdə mənə “sabahın xeyir” yazır. Mən də ona yazıram ki, “az, yenə xortlamısan, səhər saat 7-dir”. Bir də yeni mahnılarımızı bir-birimizə göndəririk”.

A.Kazımova illər əvvəl planlaşdırdıqları duetlərinin hələ də gerçəkləşməmə səbəbini açıqlayıb:

“Tək problemimiz mahnıdır. Yaxşı mahnı olsa, oxuyacağıq”.



                   

Digər Xəbərlər