500 qram doğulan körpə böyüdü - Fotolar

500 qram doğulan körpə böyüdü - Fotolar
7036 dəfə oxunub
  • A-
  • A
  • A+
Vaxtından 12 həftə əvvəl dünyaya gələn və 500 qram çəkidə doğulan dünyanın məşhur uşağı Pixie artıq yeni görünüşü ilə hər kəsi sevindirir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hamiləliyi müddətində bir sıra çətinliklərlə qarşılaşan Şeron Qrant vaxtından əvvəl doğuşa girib. Qeysəriyyə yolu ilə doğulan Pixe o qədər balaca idi ki, onu isti saxlamaq üçün başına balaca papaq qoyulub, sellofana bükmüşdülər. Tezliklə öləcəyi deyilən körpə həkimlərin fikrinin əksinə olaraq, sağ qalıb. 18 gün uşağını qucağına ala bilməyən Şeron “Sellofana bükmüşdülər, mənə qəribə gəlirdi” deyib.

Ancaq Pixie artıq normal uşaq çəkisində və böyüklüyündədir. 500 qramlıq körpənin yeni fotolarını təqdim edirik: