Məşhurlar azərbaycanlı aparıcının toyuna yığışdı - Fotolar

Məşhurlar azərbaycanlı aparıcının toyuna yığışdı -  Fotolar
5523 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aparıcı Murad Əzimzadə dünən evlənib.

Axşam.az-ın məlumatına görə, Murad Müjgan adlı xanımla ailə qurub. Gecənin aparıcılığını Azər Süleymanlı edib.

Şəhər restoranlarından birində baş tutan məclisdə məşhur simalar qonaq olublar.

Murad toyunu mediaya açıq edib. O, xanımı ilə fotokameralar qarşısına keçərək şəkillər çəkdirib.

Qeyd edək ki, M.Əzimzadə "ATV kulis" proqramının aparıcısıdır. Bu, Muradın ikinci evliliyidir.

Foto: Ramin ASLANOV