Üzündəki sızanaqlar boşanmasına səbəb oldu

Üzündəki sızanaqlar boşanmasına səbəb oldu
2091 dəfə oxunub
  • A-
  • A
  • A+
İstanbulda yaşayan evdar qadın Gülcan C. ərindən boşanmaq istəyir.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadının boşanma səbəbi isə üzündəki sızanaqlara görə ərinin ona lağ etməsidir. Mustafa C. xanımını “Üzündə niyə sızanaq var? Burnun niyə iridir?” sözləri ilə təhqir edib.
 
Ərinin təhqirlərinə dözməyən Gülcan məhkəməyə ayrılmaq üçün müraciət edib. O, şikayət ərizəsində bunları yazıb:

“Üstəlik, bu sözləri mənə hamilə ikən deyirdi. Psixologiyamı pozmuşdu. Əlimdən gələn hər şeyi edirdim ki, mənimlə işi olmasın. Amma daha dayanmağa gücüm yoxdur”.
 
Digər uşaqlarının himayəçilik hüququnun da ona verilməsini tələb edən Gülcan ərindən 50 min lirə (təxminən 25 min manat) təzminat istəyib.