8 aydır münasibətdə olduğu Berk Suyabatmazla ailə qurmağa hazırlaşan aparıcı Burcu Esmersoy ilk dəfə şəxsi həyatından danışıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı valideynləri üzündən xoş keçməyən uşaqlığını xatırlayıb. Burcu anasının ikinci ərinə görə ondan və bacısından imtina etdiyini deyib:

“Atam başqa qadınla evlənmişdi. Anam da başqasına ərə getmişdi. Amma ikinci ərinin ailəsi çox mühafizəkar olduğundan iki qızını onlardan gizlədirdi. Bir dəfə evli olduğunu deyə bilmir. Bu səbəbdən biz düz 12 il anamıza “xala” demişik. Anamı da, atamı da əsla bağışlamayacağam”.


                 

Digər Xəbərlər