Aktyor Fərda Xudaverdiyev Türkiyəyə gedir.

Axşam.az-ın məlumatına görə, yumor ustası bu haqda “ATV kulis” verilişində danışıb. O bildirib ki, səfərinin məqsədi məşhur aktyor Şafak Sezerlə görüşməkdir:

“Bir həftəyə gedib onunla görüşəcəm. Əminəm ki, Şafakla çəkiləcəyim film məni Türkiyənin 50-60 faizinə tanıdacaq”.

F.Xudaverdiyev “Övladlarının aktyor olmasını istəyərsən” sualına belə cavab verib:

“Ən böyük istəyim onların futbolçu olmasıdır. Atamın istəyi ilə İqtisad Universitetində oxudum. Anamın istəyi ilə Kimya Biologiya Təmayüllü Respublika Liseyini bitirdim. Öz istəyimlə də aktyor oldum. Gecə ssenari yazanda atam gəlib əsəbiləşirdi. Valideynlərim aktyor olmağımı istəmirdi”.



                 

Digər Xəbərlər